İranın hava məkanı yenidən açılıb

Tarix: 15 Jan 2026 10:32

İran öz hava sahəsini müvəqqəti bağladıqdan sonra yenidən açıb.

APA xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.

İranın aviaşirkətləri “Mahan Air”, “Yazd Airways” və digərlərinin İran hava sahəsində uçuşları qeydə alınıb.

Qeyd edək ki, İran hava məkanını bir neçə saatlıq bağladıqdan sonra, yalnız əvvəlcədən icazəsi alınmış beynəlxalq reyslərin uçuşlarına icazə verilib.

Toğrul Quluzadə İran hava məkanı

Xəbər Lenti