Trampın səfir namizədi zarafatla İslandiyanın ABŞ-ın 52-ci ştatı olacağını deyib

Tarix: 15 Jan 2026 11:20

ABŞ-ın İslandiyaya səfir postuna namizədi Bill Lonq Konqres üzvləri ilə görüş zamanı İslandiyanın ABŞ-ın 52-ci ştatına çevriləcəyini, özünün isə həmin ştatın qubernatoru olacağını deyib.

APA xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Bill Lonq bunu zarafatla deyib.

Qeyd edək ki, Bill Lonq ABŞ Konqresinin keçmiş üzvüdür və hazırda Donald Tramp tərəfindən ABŞ-ın İslandiyadakı səfiri vəzifəsinə namizəd göstərilib.

İlqar Xudiyev ABŞ İslandiya

Xəbər Lenti