Hakan Fidan: Qəzzada vəziyyət müsbət mərhələyə daxil olub

Tarix: 15 Jan 2026 13:38

Qəzzada vəziyyət müsbət mərhələyə daxil olub.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.

“Düşünürük ki, növbəti bir neçə həftə ərzində texnokratik hökumət və “Sülh Şurası” Qəzzanın idarəçiliyi üçün fəaliyyətə başlayacaq. Bu prosesdə bir sıra çətinliklərin həlli üçün tərəfdaşlarımızla dialoq apararaq əlimizdən gələni edəcəyik. Qəzzada vəziyyət müsbət mərhələyə keçir. Amma, risklər və İsrailin mövqeyi də göz önündədir”, - Hakan Fidan bildirib.

Toğrul Quluzadə Türkiyə Qəzza İsrail Hakan Fidan

Xəbər Lenti