Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 13:32
Rusiyanın Əmək və Sosial Müdafiə nazirinin keçmiş müavini Aleksey Sklyar ölü tapılıb.
APA-nın Moskva bürosu yerli KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, o, intihar edib.
Keçmiş məmurun meyiti Yeni Moskvanın Popovka kəndindəki evində tapılıb.
Ölümündən əvvəl Sklyarın sosial mediada vida məktubu yazdığı bildirilir. Həmin məktubda o, hər şeydə həyat yoldaşının günahlandırılmasını istəyib.
Aleksey Sklyar 2018-ci ildən 2022-ci ilə qədər Rusiyanım Əmək və sosial müdafiə nazirinin müavini vəzifəsində çalışıb. O, informasiya sistemlərinin inkişafına və dövlət xidmətlərinin elektron şəkildə göstərilməsinə nəzarət edib.
Fərid Əkbərov Rusiya