Peskov: Vaşinqton Putinin START müqaviləsinin uzadılması təşəbbüsünə hələ cavab verməyib

Tarix: 15 Jan 2026 14:15

Moskva hələ də Putinin strateji hücum silahlarının azaldılması Müqaviləsinin (START) uzadılması təşəbbüsünə Vaşinqtondan cavab almayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml şübhəsiz ki, Putinin təşəbbüsünə cavab gözləyir.

"Bunu çox vacib məsələ hesab edirik. Daha əlverişli bir müqavilə hər kəs üçün zəruri olardı, lakin belə bir müqavilənin əldə edilməsi çox mürəkkəb və vaxt aparan bir prosesdir", - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Fərid Əkbərov Putin Rusiya ABŞ START

Xəbər Lenti