Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 15:33
Danimarka Müdafiə Nazirliyi ABŞ silahlı qüvvələrinin Qrenlandiyaya hücumu baş verərsə, ölkə hərbçilərinə cavab atəşi açmaq icazəsi verildiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə müdafiə nazirliyin nümayəndəsi Tobias Roed Yensen “The Intercept” nəşrinə müsahibəsində bildirib.
“Danimarka silahlı qüvvələri ölkə ərazisini qorumağa borcludur. Bu isə zərurət yarandığı halda dərhal müdafiə tədbirlərinin görülməsini, o cümlədən cavab atəşinin açılmasını nəzərdə tutur,” – Yensen vurğulayıb.
Onun sözlərinə görə, Danimarka hərbçilərinə ölkə ərazisini müdafiə etmək hüququ 1952-ci ildə qəbul olunmuş kral fərmanı ilə verilib. Bu sənəd Danimarkanın bütün ərazilərinə, o cümlədən Qrenlandiyaya da şamil olunur.
Yensen qeyd edib ki, sözügedən fərman hərbçilərə siyasi və ya hərbi rəhbərliyin ayrıca göstərişini gözləmədən ölkəni müdafiə etmək səlahiyyəti verir.
İlqar Xudiyev Danimarka silahlı qüvvələri ABŞ Qrenlandiya