Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 15:14
Avropa Komissiyasının statistika qurumu olan "Eurostat" Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “Regional ENP East programme in statistics” layihəsinin icrası üçün 4 229 150 avro dəyərində vəsait ayırıb.
"APA-Economics" xəbər verir ki, layihənin icra edildiyi coğrafiyaya Azərbaycan da daxildir.
Bu məqsədlə "Eurostat" GOPA Worldwide Consultants GmbH ilə müqavilə bağlayıb. Müqavilənin müddəti 36 aydır.
Proqramın məqsədi Şərq Qonşuluğu ölkələrində statistik imkanların gücləndirilməsi və etibarlı və müqayisəolunan statistik məlumatların keyfiyyəti və əlçatanlığının artırılması ilə bağlı xidmətlərin göstərilməsidir.
Əşrəf Mehdiyev statistika vəsait