Bakıdan Qəbələyə və əks istiqamətə dəmir yolu ilə səfər etmək mümkün olub

Tarix: 15 Jan 2026 15:11

Yeni istifadəyə verilmiş Gəncə–Qəbələ–Gəncə dəmir yolu marşrutundan istifadə etməklə hər gün Bakıdan Qəbələyə və əks istiqamətə səfər etmək mümkün olub.

Bu barədə "APA-Economics" "Azərbaycan Dəmir Yolları" QSC-ə (ADY) istinadən xəbər verir.

Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, saat 11:12-də Gəncə–Qəbələ qatarı ilə Qəbələyə, Qəbələ–Gəncə qatarı ilə isə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya səyahət etmək mümkündür.

Qeyd olunan istiqamətlərlə yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə ənənəvi qrafiklə şənbə və bazar günləri müntəzəm reyslər təşkil olunur.

© APA | Gəncə–Qəbələ–Gəncə dəmir yolu marşrutundan istifadə etməklə hər gün Bakıdan Qəbələyə və əks istiqamətə səfər etmək mümkün olub. 

Emil İsmayılov ADY dəmir yolları

Xəbər Lenti