Şəmkirdə 51 yaşlı kişi bıçaqlanıb

Şəmkirdə 51 yaşlı kişi bıçaqlanıb

Tarix: 18 Jan 2024 20:03

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1973-cü il təvəllüdlü Elsəvər Əkbərli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

51 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti