Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib

Tarix: 15 Jan 2026 17:03

Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib.

Nazirlər Kabinetindən APA-ya bildirilib ki, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.

Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Firuzə Vahid Nazirlər Kabineti Azərbaycan Ermənistan nümayəndələr Sədərək-Yerasx dəmir yolu dəmir yolu infrastrukturu

Xəbər Lenti