Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 17:47
NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsinin təyinatı prosesi yekunlaşır.
Bu barədə NATO-nun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
“Cənubi Qafqaz və Qara dəniz regionları müttəfiq ölkələrin ümumi təhlükəsizliyi üçün vacibdir. Bu, Azərbaycan da daxil olmaqla, regiondakı bir sıra ölkələrlə uzunmüddətli tərəfdaşlıqlarımızda öz təzahürünü tapır. Hərbi blokun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin təyin olunması prosesi artıq yekunlaşır. Bir müddətdən sonra məsələ ilə bağlı daha ətraflı məlumat verəcəyik”, - qeyd olunub.
Qeyd edək ki, Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon APA-ya müsahibəsində NATO-nun yaxın zamanda Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin etməyi planlaşdırdığını bildirib.
Toğrul Quluzadə NATO Cənubi Qafqaz Mərkəzi Asiya xüsusi nümayəndə