Masallıda fərdi yaşayış evində yanğın olub - FOTO

Masallıda fərdi yaşayış evində yanğın olub - FOTO

Tarix: 18 Jan 2024 21:32

Masallıda yanğın olub.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə 1986-cı il təvəllüdlü Maya Məhəmməd qızı Ağayevaya məxsus evdə qeydə alınıb.

Ümumi sahəsi 110 m² olan birmərtəbəli ikiotaqlı evin bir otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

İlkin məlumatda bildirilir ki, yanğın odun sobasından qaynaqlanıb.

Qeyd edək ki, hazırda ana və 4 azyaşlı uşağın yaşadığı ev yararsız vəziyyətdədir.

Ailə üzvləri müvəqqəti olaraq yaxın qohumlarının evinə yerləşiblər.

Faktla bağlı araşdırma aparılır.

Masallıda fərdi yaşayış evində yanğın olub - FOTO

Mənbə: apa.az

Xəbər Lenti