Goranboyda evdən meyit tapılıb

Goranboyda evdən meyit tapılıb

Tarix: 19 Jan 2024 08:09

Goranboyda evdən 37 yaşlı kişi meyti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü T.Namazovun meyiti vanna otağında yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisəsinin səbəbləri araşdırılır.

Mənbə: apa.az

Xəbər Lenti