Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 19 Jan 2024 09:21
Bakıda avtobus piyadanı vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
132 nömrəli xətt avtobusu piyada 1963-cü il təvəllüdlü Qəmər Muradovanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az