Cümə, 16 Yanvar, 2026
Tarix: 16 Jan 2026 09:30
Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə mənfi dinamika qeydə alınıb.
"APA-Economics" xəbər verir ki, "CoinmarketCap" platformasında "Bitcoin"in qiyməti 1% azalaraq 95 368 dollar səviyyəsinə enib.
"Ethereum"un qiyməti də son sutkada 0,49% azalaraq 3 291 dollara enib.
Digər əsas kriptovalyutalar- BNB-nin qiyməti 0,77%, XRP – 1,7%, Solana (SOL) – 1,86%, Dogecoin (DOGE) – 3,01%, Cardano (ADA) – 3,26% ucuzlaşıb.
Stabilkoinlərdə isə ciddi dəyişiklik qeydə alınmayıb. Tether (USDT) və USDC 1 dollara yaxın səviyyədə ticarət olunaraq sabitliyini qoruyub.
Analitiklər bazarda enişi investorların qısamüddətli mənfəət realizasiyasına getməsi, əvvəlki günlərdə qeydə alınmış yüksəlişdən sonra texniki korreksiya prosesinin güclənməsi və qlobal maliyyə bazarlarında risk iştahının zəifləməsi ilə əlaqələndirilir. Bundan əlavə, ABŞ monetar siyasəti ilə bağlı gözləntilər kriptovalyuta bazarında ehtiyatlı mövqelərin artmasına səbəb olub.
Rahim Tarıverdiyev kripto kriptovalyuta bitkoin bitcoin Ethereum CoinMarketCap