“Neftçi”kolumbiyalı futbolçu ilə anlaşdı

“Neftçi”kolumbiyalı futbolçu ilə anlaşdı

Tarix: 19 Jan 2024 16:39

“Neftçi” yaxın vaxtlarda yeni əcnəbi futbolçu ilə müqavilə imzalayacaq. 

“Qafqazinfo” “Тема Спорт”a istinadən xəbər verir ki, Bakı təmsilçisi kolumbiyalı hücumçu Brayan Moreno ilə anlaşıb. 

Bolqarıstan mətbuatının yazdığına görə, futbolçu dünən axşam saatlarında Bakıya uçub.

25 yaşlı hücumçunun son dəfə Bolqarıstanın ÇSKA (Sofiya) klubunda oynayıb.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti