Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 20 Jan 2024 04:07
“Yuventus”un yarımmüdafiəçisi Filippo Ranokkya 4 milyon avroya satılıb.
“Qafqazinfo” bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Bildirilib ki, 22 yaşlı futbolçu 2028-ci ilin 30 iyununa qədər “Palermo”ya məxsus olacaq.
Qeyd edək ki, o, cari mövsümün birinci hissəsini “Empoli”də keçirib.
Mənbə: qafqazinfo.az