Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 00:18
Türkiyə Super Liqasında XVIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Kasımpaşa” öz meydanında “Antalyaspor”u qəbul edib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.
Günün mərkəzi oyunu isə Alanyada baş tutub. Eyniadlı şəhərin komandası doğma azarkeşləri önündə “Fənərbaxça” ilə üz-üzə gəlib. Ev sahibləri ilk hissəni 2:1 hesablı üstünlüklə başa vurublar. Fasilədən sonra təşəbbüsü ələ alan “sarı-lacivərdlilər” ardıcıl iki qol vuraraq oyunda geridönüş edib. İstanbul təmsilçisi qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb.
Türkiyə Super Liqası XVIII tur 15:00. "Kasımpaşa" - "Antalyaspor" - 0:0 18:00. "Kocaelispor" - "Trabzonspor" - 1:2 18:00. "Gənclərbirliyi" - "Samsunspor" - 1:1 21:00. "Alanyaspor" - "Fənərbaxça" - 2:3