Tovuzda minik maşını aşıb, xəsarət alan var - FOTO

Tovuzda minik maşını aşıb, xəsarət alan var - FOTO

Tarix: 20 Jan 2024 19:06

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti