Dəmir yolu ilə sərnişin daşımaları 20%-dən çox artıb

Tarix: 19 Jan 2026 15:42

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ildə 16,8 milyon ton yük, 10 267 min sərnişin daşınıb.

Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, 2024-cü illə müqayisədə ötən il yük daşınmasında 9,4% azalma, sərnişin daşınmasında isə 20,4% artım müşahidə olunub.

Emil İsmayılov Dövlət Statistika Komitəsi dəmir yolu

Xəbər Lenti