Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 21 Nov 2023 20:20
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan, bir dam altında tikilən, birmərtəbəli, müxtəlif təyinatlı obyektlərdən sahəsi 65 m² olan mağaza, bitişik, sahəsi 10 m² olan ofis otağı və sahəsi 25 m² olan köməkçi tikilinin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: apa.az