İki “Mercedes” toqquşdu, sürücü xilas edildi 
 - Video

İki “Mercedes” toqquşdu, sürücü xilas edildi - Video

Tarix: 21 Jan 2024 17:53

İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin avtomobildə sıxılı vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Eyyubəyli kəndinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobillərdən birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti