“Son rəqs”

“Son rəqs”

Tarix: 21 Nov 2023 23:06

Argentinalı Lionel Messinin çıxış etdiyi “İnter Mayami” Ər-Riyadda yoldaşlıq turnirində Kriştiano Ronaldonun komandası olan Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu ilə 2024-cü ilin fevralında qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ klubu olan “İnter Mayami” məlumat yayıb

Bildirilib ki, turnirdə “Əl-Hilal” klubu da çıxış edəcək. Turnirin təşkilatçıları Kriştiano Ronaldo və Lionel Messinin komandaları arasında baş tutacaq qarşıdurmanı “Son rəqs” adlandırıblar.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti