Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 20 Jan 2026 23:44
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində VII tura start verilib. APA xəbər verir ki, tur sensasiya ilə başlayıb. İngiltərənin “Mançester Siti” komandası səfərdə Norveçin “Bodo Qlimt” komandasına gözlənilmədəm məğlub olub. Norveç komandası 3:1 hesabı ilə qalib gəlib. Digər qarşılaşma isə “Kayrat" (Qazaxıstan) və "Brügge" (Belçika) arasında keçirilib. “Kayrat” öz meydanında 1:4 məğlub olub. Bu günün digər oyunları saat 00.00-da start götürəcək.