Kürdəmirdə 45 yaşlı kişini avtomobil vuraraq öldürüb

Tarix: 22 Jan 2024 09:12

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, Şıxımlı kənd ərazisində Nizami Novruzov idarə etdiyi "VAZ 21074" markalı avtomobillə 1979-cu il təvəllüdlü Mübariz Həşimovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər Lenti