UEFA Çempionlar Liqası: “Qalatasaray" "Atletiko" Madridlə heç-heçə edib

Tarix: 21 Jan 2026 23:49

UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün VII turun növbəti oyunları keçirilir.

APA xəbər verir ki, günün maraqla gözlənilən matçında Türkiyə təmsilçisi "Qalatasaray" doğma meydanda İspaniya "Atletiko"sunu qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Eyni vaxtda başlayan oyunda Azərbaycanın “Qarabağ” komandası öz meydanında Almaniyanın “Ayntraxt” Frankfurt komandasını son dəqiqə qolu ilə 3:2 məğlub edib.

Günün digər qarşılaşmaları saat 00.00-da başlayacaq.

ApaSport

Xəbər Lenti