Türkiyə qrup lideri kimi AVRO-24-ə vəsiqə qazanıb

Tarix: 22.11.2023 01:44

Bu gün AVRO-2024-ün seçmə mərhələsi başa çatıb.

Apasport.az xəbər verir ki, X turun son günündə 7 matç baş tutub.

Bu görüşlərdən sonra seçmə mərhələdəki son vəsiqə sahibini tapıb. Xorvatiya və Uels D qrupundakı son vəsiqəni əldə etmək üçün qiyabi mübarizə aparıb. Son üç yerin sahibi isə gələn il təşkil olunacaq pley-offda bəlli olacaq.

Qeyd edək ki, bunadək Fransa, Türkiyə, İspaniya, Şotlandiya, Belçika, Avstriya, Portuqaliya, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, Rumıniya, İsveçrə, İngiltərə, Serbiya, Çexiya, İtaliya və Sloveniya final mərhələsinə vəsiqə qazanıb. Almaniyadakı turnir 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

AVRO-2024-ün seçmə mərhələsi X tur, 21 noyabr

B qrupu 23:45. Cəbəllütariq – Niderland 0-5 23:45. Yunanıstan – Fransa 2-2 Xal durumu: Fransa – 21, Niderland – 15, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq - 0

D qrupu 23:45. Xorvatiya – Ermənistan 1-0 23:45. Uels – Türkiyə 1-1 Xal durumu: Türkiyə - 16, Xorvatiya – 13, Uels – 11, Ermənistan – 8, Latviya - 3

İ qrupu 23:45. Andorra – İsrail 0-1 23:45. Kosovo – Belarus 0-1 23:45. Rumıniya – İsveçrə 1-0 Xal durumu: Rumıniya – 19, İsveçrə - 17, İsrail – 12, Kosovo – 11, Belarus – 9, Andorra - 2

Xəbər Lenti