Göygöydə ev yanıb

Göygöydə ev yanıb

Tarix: 23 Jan 2024 14:45

Göygöl rayonunda yanğın olub.

FHN-dən APA-ya verilən xəbərə görə, Göygöl rayonunun Balçılı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti