Sabunçuda mağazada yanğın olub

Sabunçuda mağazada yanğın olub

Tarix: 23 Jan 2024 14:31

Bakı şəhərinin Sabunçu rayonunda mağazada yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 330 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsində sahəsi 30 m² olan otaqda 1 ədəd kondisioner, rəf və stol yanıb. Otağın qalan hissəsi və bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti