Neftçalada baş verən qəzada azyaşlı ölüb, qardaşı yaralanıb

Tarix: 24 Jan 2026 15:34

Neftçalada baş verən qəzada azyaşlı ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.

"Mercedes Sprinter" və "VAZ2106" markalı avtomobilər toqquşub. "VAZ 2106"da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Ələkbərov Murad Sabir oğlu xəstəxanaya aparılarkən yolda ölüb. Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı qəza hadisə Neftçala

Xəbər Lenti