Şənbə, 24 Yanvar, 2026
Tarix: 24 Jan 2026 17:58
Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i qadın, 2-i kişi olmaqla xəsarət alan 3 nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
“Hazırda onların müalicələri davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir”, - məlumatda vurğulanıb.
***
15:34
Neftçalada baş verən qəzada azyaşlı ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.
"Mercedes Sprinter" və "VAZ2106" markalı avtomobilər toqquşub. "VAZ 2106"da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Ələkbərov Murad Sabir oğlu xəstəxanaya aparılarkən yolda ölüb. Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı qəza hadisə Neftçala