Şənbə, 24 Yanvar, 2026
Tarix: 24 Jan 2026 21:17
Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb. Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Zərərçəkən qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı