Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Tarix: 24 Jan 2026 22:24

Salyan rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt–Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, avtomobil Salyan sakini, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Xəbər Lenti