Türkiyə Super Liqası: “Qalatasaray” səfərdə qalib gəlib

Tarix: 24 Jan 2026 23:05

Türkiyə Super Liqasının 19-cu turunda “Qalatasaray” səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb.

Apasport.az xəbər verir ki, görüş İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab erkən açılıb. Qonaqların heyətində Qabriel matçın 1-ci dəqiqəsində fərqlənərək komandasını önə çıxarıb. Meydan sahibləri 27-ci dəqiqədə Barış Kalaycının qolu ilə hesabı bərabərləşdirsələr də, “Qalatasaray” ikinci hissədə üstünlüyünü yenidən bərpa edib. Qabriel 51-ci dəqiqədə dubla imza atıb, 55-ci dəqiqədə isə Viktor Osimhen fərqi iki topa çatdırıb.

Xəbər Lenti