Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 22 Nov 2023 13:08
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2023-cü ilin III rübündə mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq dövrünə nəzərən 10,1 % artıb.
“Qafqazinfo” Mərkəzi Bankın “Pul Siyasəti İcmalı”na istinadən xəbər verir ki, ilkin mənzil bazarında qiymət indeksi 7,8 %, təkrar mənzil bazarında qiymət indeksi isə 10,1 % yüksəlib.
Cari ilin II rübü ilə müqayisədə III rüb üzrə qiymət indeksi ümumilikdə mənzil bazarında 2,8 %, ilkin mənzil bazarında 1,8 %, təkrar mənzil bazarında isə 2,8 % artıb.
Mənbə: qafqazinfo.az