Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 26 Jan 2026 10:03
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Saxlanılan E.Ağayevin H.Ağayevanın oğlu olduğu bildirilir.
Emin Şirvanzadə Sabunçu qətl