Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 26 Jan 2026 12:17
Ucar rayonunda keçmiş yataqxana binasında yanğın olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Müsüslü dəmir yolu stansiyasının balansında olan yataqxana binasında baş verib.
Hadisə yerinə FHN-nin Ucar və Kürdəmir rayon Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Binanın bir hissəsi yansa da, yanğınsöndürənlərin səyi nəticəsində qalan ərazi yanğından mühafizə olunub.
Qeyd edək ki, adı çəkilən binada yaşayış yoxdur.
Zahid Abışov Ucar yataqxana yanğın