Kobaxidze: BTQ Gürcüstanın Orta Dəhlizdəki rolunu gücləndirir

Tarix: 26 Jan 2026 12:06

“Şərq-Qərb avtomagistralı, Bakı-Tbilisi-Qars dəmir yolu, Tbilisi Quru Limanı, Anakliya dərin dəniz limanı layihəsi Gürcüstanın Orta Dəhlizdəki rolunu gücləndirir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Gömrük Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstanın geosiyasi mövqeyi ölkəni Avropa və Asiyanın kəsişməsində təbii darvazaya çevirib.

“Gürcüstan dənizə çıxışı olmayan yeddi ölkə üçün etibarlı bazaya çevrilib. Ölkəmiz həmin ölkələrin qlobal ticarət yollarına çıxışını təmin edir. Məqsədimiz Gürcüstanı vətəndaşlarımıza və tərəfdaşlarımıza rifah gətirəcək çoxfunksiyalı regional mərkəzə çevirməkdir. Bu strategiya genişmiqyaslı infrastruktur layihələrə əsaslanır.”, - Kobaxidze əlavə edib.

Cəmilə Babayeva Kobaxidze BTQ Gürcüstan Orta Dəhliz

Xəbər Lenti