Ağcabədidə 1 yaşlı uşaq xəstəxanada epilepsiyadan ölüb - YENİLƏNİB

Tarix: 26 Jan 2026 15:11

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası 1 yaşlı uşağın ölməsi ilə bağlı məsələyə münasibət bildirib.

Xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki yanvarın 13-ü 2025-ci il təvəllüdlü azyaşlı (qadın) qıcolma spazması diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə hospilitasiya olunub.

"Daha sonra 14 yanvar tarixində azyaşılının valideyinləri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Azyaşlı 16 yanvar saat 11:40 radələrində yenidən yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində azyaşlının müalicəsinə başlanılıb və müsbət dinamika müşahidə olunub. Dünən azyaşlıda yenidən qıcolmalar müşahidə olunub. Dərhal mütəxəssislərlə konsilium aparılıb. Lakin aparılan müalicə və reanimasiya tədbirlərinə baxmayaraq 25.01.2026-cı il saat 19:30 radələrində azyaşlının ölüm faktı qeydə alınıb", - məlumatda qeyd edilib.

Gülcahan İmanqızı

***

10:30

Ağcabədi rayonunda xəstəxanada körpə ölümü baş verib.

APA xəbər verir ki, hadisə yanvarın 25-də qeydə alınıb. Rəncbərlər kənd sakini 2025-ci il təvəllüdlü Z.Q. xəstəxanada ölüb. Onun epilepsiya tutmasından öldüyü bildirilir.

Araşdırma aparılır.

Selcan Zaurqızı Ağcabədi uşaq xəstəxana epilepsiya

Xəbər Lenti