Göygöldə qəza olub ,xəsarət alanlar var

Göygöldə qəza olub ,xəsarət alanlar var

Tarix: 25 Jan 2024 05:30

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 1998-ci il təvəllüdlü Qoşqar Məmmədov və 1987-ci il təvəllüdlü Elşən Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti