Ağstafada 37 yaşlı kişi bıçaqlanıb

Tarix: 25 Jan 2024 08:18

Ağstafada bıçaqlanma baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

1987-ci il təvəllüdlü Nurən Babayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal o əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə N.Babayev naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti