“Tarixin oyunu” adlı yeni intellektual layihəyə start verilib - VİDEO

Tarix: 27 Jan 2026 10:47

Azərbaycan televiziya məkanında ilk dəfə olaraq tarixi mövzunu intellektual yarış formatında təqdim edən “Tarixin oyunu” layihəsi tamaşaçıların ixtiyarına veriləcək.

APA xəbər verir ki, “Tarixin oyunu” layihəsinin fevral ayından etibarən AzTV-də yayımlanacağı nəzərdə tutulur.

Layihənin əsas məqsədi iştirakçıların tarixi biliklərini sınamaqla yanaşı, tamaşaçılara yeni faktlar, fərqli yanaşmalar və düşündürücü suallar təqdim etməkdir.

Ümumi uduş məbləği 10 min manat olan “Tarixin oyunu” layihəsində istənilən şəxs iştirak edə bilər.

Qeyd edək ki, layihəsinin aparıcısı tanınmış aktyor Firdovsi Atakişiyevdir.

tarix oyun layihə AzTV

Xəbər Lenti