Şəmkirdə yol qəzasında sürücü ölüb, azyaşlı oğlu və daha 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Tarix: 27 Jan 2026 11:58

Şəmkirdə ölümlə nəticələnən yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, yanvarın 26-da saat 22:50 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 4 nəfər (3-ü kişi və 1-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlara bədənin müxtəlif nahiyələrinin sıyrığı və küt travması diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

10.13

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ-2110" və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2110"nun sürücüsü ölüb, onun avtomobildə olan oğlu 2020-ci il təvəllüdlü Adəm Rüstəmli, 2000-ci il təvəllüdlü S. Huseynova, 1988-ci il təvəllüdlü C. Musayev və 1941-ci il təvəllüdlü N. Məmmədov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Şəmkir yol qəzası ölüm faktı xəsarət

Xəbər Lenti