Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

Tarix: 27 Jan 2026 17:31

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.

Emil İsmayılov ADY dəmir yolları Türkiyə Rövşən Rüstəmov

Xəbər Lenti