Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 13:06
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsini genişləndirir. 2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlərdə dəmir yolu xətləri bərpa olunacaq və yeni stansiyalar tikiləcək:
- Yeni Suraxanı-Hövsan (4 stansiya)
- Bakıxanov-Binə-Qala (7 stansiya)
- Zabrat-Maştağa-Bağlar (7 stansiya)
Məlumata görə, hazırda Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır. Bundan əlavə, Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanması təmin olunacaq.
© APA | ADY: Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişləndirilir
Emil İsmayılov ADY dəmir yolları