Bir ildə 5 nəfər valideynlik hüququndan məhrum edilib, 6 işə məhkəmədə baxılır

Tarix: 28 Jan 2026 16:17

Ötən il valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 mülki iddia (16 uşağın 14 valideyni barəsində) qaldırılıb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş Kollegiya iclasında məlumat verilib.

Məlumata görə, həmin iddiaların 5-i təmin edilib, 6 iş hazırda məhkəmə baxışındadır.

valideynlik hüququ

Xəbər Lenti