Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 11:21
Azərbaycanda təqribən 400-500 min civarında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikililər var.
“APA-Economics xəbər verir ki, bunu “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində 2025-ci ildə görülmüş işlərə dair təqdimat” zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Həyətinin sədri Nigar Alimova deyib. “Bu tikililərin statistikasını tam verə bilməməyimiz üçün sözsüz ki, geniş miqyaslı inventarlaşdırma işləri həyata keçirməliyik. Amma qeyri-yaşayış tikililəri üzrə müraciətlərdən təxmin eləsək, yəqin ki, bu qeyd etdiyim rəqəmdən ən azı 10 dəfə çox fərdi yaşayış tipli tikililərin mövcud olduğunu təxmin etmək olar”, - N. Alimova əlavə edib.
O bildirib ki, Azərbaycan Prezidentinin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Fərmanının icrası çərçivəsində ölkədə 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib: "413 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşlar elektron çıxarışla təmin edilib. Eyni zamanda, Prezidentin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın icrası çərçivəsində 23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib. 4 602 qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektron çıxarışla təmin edilib”.
Əşrəf Mehdiyev elektron çıxarış sənədsiz ev