Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 26 Jan 2024 15:00
Naxçıvan şəhərində azyaşlını maşın vurub. APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin "Dörd yol" adlanan ərazisində qeydə alınıb. Avtomobil yolu keçən Babək rayon sakini, 2015-ci il təvəllüdlü Allahverdiyev Ələkbər İqbal oğlunu vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndırilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az