Bakıda iki qardaşın dəm qazından ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Bakıda iki qardaşın dəm qazından ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Tarix: 26 Jan 2024 16:02

Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölmələri faktı üzrə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilir ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

***

13.37

Bakıda iki qardaşın dəm qazından boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.

APA xəbər verir ki, hadisə Nərimanov rayonunda, evdə qeydə alınıb.

Rayon ərazisindəki evdə kirayədə yaşayan, Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Məlumata görə, qardaşlardan yanvarın 25-dən xəbər olmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar. Onlar iki qarsaşın meyitlərini aşkar ediblər.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti