Bitcoin 83 min dollara kimi ucuzlaşıb

Tarix: 30 Jan 2026 09:38

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə azalma tendensiyası müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, "Bitcoin"in qiyməti son 24 saatda 5,74% azalaraq 83 068 dollara enib, bazar kapitallaşması isə 1,66 trln. dollar təşkil edib.

Ethereum da mənfi dinamika nümayiş etdirib. Aktivin qiyməti sutka ərzində 6,92% azalaraq 2 752 dollara enib. Kriptovalyutanın bazar dəyəri isə 332,2 mlrd. dollar səviyyəsində formalaşıb.

Ən iri alternativ kriptovalyutalar arasında BNB son 24 saatda 5,45%, XRP 6,27%, Solana isə 6,40% ucuzlaşıb. Həftəlik müqayisədə eniş Solana üzrə 10,12%, Cardano üzrə 9,60%, Dogecoin üzrə isə 8,52% təşkil edib.

Stabilkoinlərdə nisbi sabitlik qorunub: USDT və USDC qiymətləri 1 dollar ətrafında dəyişib.

Bazarın ümumi dinamikası riskli aktivlərə marağın azalması, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin artması və investorların qısamüddətli mənfəət realizasiyası ilə izah olunur.

Rahim Tarıverdiyev kriptovalyuta Bitcoin BTC kripto

Xəbər Lenti